Sentyabrın 21-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Texnikabank” ASC və onun törəmə şirkəti – “Alfa” Sığorta ASC-nin daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.
İndex.az xəbər verir ki, bu barədə bankın ləğvedicisi – Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Məlumata görə, söhbət Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 87 ünvanındakı 4 mərtəbəli binanın I mərtəbəsində və 1 mərtəbəli binanın I mərtəbəsində yerləşən, ümumi sahəsi 259,7 kvadretmetr olan qeyri-yaşayış sahələrindən gedir.
Əmlaklara ümumilikdə 1,1 milyon manat qiymət qoyulub.