Bu gün redaksiyamıza daxil olmuş məlumatda bildirilib ki, yük maşınlarının (TIR) sürücüləri icazə blankının olmaması səbəbindən sərhədi keçə bilmirlər.
Belə ki, sürücülərdən biri İndex.az-a bildirib ki, yükdaşımaların icra olunması üçün təsdiq olunmuş rəsmi sənədi almaq mümkün deyil. Bu icazə blankı olmadığı üçün isə sürücülər yükdaşımanı həyata keçirə bilmirlər.
Məsələ ilə bağlı İndex.az Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyası baş katibinin müavini Kənan Qurbanovla əlaqə saxladı.
K. Qurbanov İndex.az-a bildirdi ki, belə problemlər hər zaman olub:
“İcazə blanklarının iki tipi olur. Bunlardan biri üçtərəfli sənəddir – defisit. Bu sənəd ölkələr arasında bərabər paylanmış bir sənəddir və bu sənədlərin verilməsində hər zaman problemlər müşahidə olunub. Rusiya, İran və Türkiyə tərəfindən verildiyinə görə, sənədlərin gec tapılması Azərbyacan tərəfindən asılı olmayan bir problemdir. Digər ikitərəfli sənədlərdə isə heç bir problem yoxdur. İkitərəfli sənədlərdən yetərli qədər var”.