Mumiyalanmış Leninin cəsədi necə qorunur, aylıq xərci nə qədərdir?

Sovet İttifaqının yaradıcısı Vladimir İliç Lenin haqqında hələ də əfsanələr, şayiələr dolanmaqdadır. 140 təxəllüsü olan bu insan barədə real və qəribə olan daha bir fakt odur ki, o, düz 98 ildir ki, 53 yaşındadır. Bu isə onu qorumaq üçün elm adamlarının bir əsrdən çoxdur istifadə etdiyi mürəkkəb üsullar sayəsində mümkün olub.

İndex.az Leninin mumiyalanmış cəsədi haqda maraqlı məlumatları təqdim edir.

Xatırladaq ki, 1917-ci ildə baş verən Oktyabr inqilabı ilə Sovet İttifaqı qurulub və yeni dövrə qədəm qoyulub.  Lakin 30 avqust 1918-ci ildə Leninə səfər zamanı sui-qəsd cəhdi edilib. O, ağır yaralansa da, sağ qalıb, buna baxmayaraq səhhəti bir daha əvvəlki kimi olmayıb və günü-gündən pisləşib. 1924-cü ildə Vladimir insultdan vəfat edəndə milyonlarla insan onun cəsədini görmək üçün Moskvadakı Qırmızı Meydana axışıb. Nəticədə Sovet administrasiyası Leninin cəsədini mumiyalamaq və qorumaq qərarına gəlib. Beləliklə, Lenin canlı heykələ çevriləcək və Sovet İttifaqının mərkəzində ictimaiyyətə təqdim olunacaqdı.

Lenin necə mumyalanıb: İyrənc siyasi oyunlar

Bu gün Sovet İttifaqının adı tarixin tozlu səhifələrində qalsa da, onun qurucusu Leninin cənazəsi hələ də Qızıl Meydanda nümayiş etdirilir. 152 il əvvəl anadan olan Leninin 98 ildir ki, 53 yaşı var və bədən bütövlüyünü qoruyub saxlayır. Bədənin bütövlüyünün qorunması və pozulmaması üçün cəsədə müntəzəm olaraq xüsusi qayğı göstərilir. Bu müalicələr zamanı iynələr, xüsusi mayelər və bəzən plastik cərrahiyyəyə bənzər prosedurlar tətbiq edilir. Adətən Leninin doğum günü və SSRİ-nin yaranmasının ildönümündə onun mumiyalanmış cəsədinin Qızıl Meydandan götürülərək dəfn edilməsi ilə bağlı müzakirələr gündəmə gətirilir. Rusiyada millətçilər və pravoslav kilsəsi Leninin dəfnini müdafiə etsə də, kommunistlər  bunu təxribat kimi qiymətləndirirlər.  Alimlərin sözlərinə görə,  Lenin basdırılmazsa, eyni şəkildə daha 500 ildə saxlanıla bilər.

Did the 1917 Revolution make Vladimir Lenin rich? - Russia Beyond

Ölkənin “Russia Today” televiziyasının saytında yer alan xəbərə görə, Rusiya əhalisinin 60 faizi Leninin cənazəsinin dəfn olunmasını dəstəkləyir. Digər tərəfdən vurğulanır ki, Leninin cəsədi üçün dövlət büdcəsindən də pul xərclənir. Mumiyaya qulluq üçün ayrılan vəsaitin  500 min dollar civarında olduğu təxmin edilir.

Leninin mumiyalanması çox çətin bir prosesdən sonra baş verib – onun bədənini qorumaq üçün alimlər biotibbi elmdə inqilab kimi xarakterizə edilə bilən üsullar tapıblar. Professor Vladimir Vorbiyev və biokimyaçı Boris Zbarski liderin cəsədini mumiyalamaq üçün 4 aylıq səy göstəriblər.  Bu müddət ərzində onun bədəninə tez-tez xüsusi mayelər yeridilir, bədənin bütövlüyü təmin edilirdi. Bədənin çürüməyə başlayan hissələrini örtmək üçün də arı mumu istifadə olunurdu. Bədənin çürüməsinin qarşısını almaq üçün alimlər xüsusi paltar hazırlayıblar. Kauçukdan hazırlanmış dar geyim Leninin üzərində olan kostyumun altından geyindirilib. Onun cəsədi hər 6 aydan bir yoxlanılır – mumiyanın xarab olmasının qarşısını almaq üçün istifadə edilən bütün mayelər yenilənir, kif və çürük zədələr araşdırıldıqdan sonra yuyulmuş cəsəd makiyaj olunub yenidən məqbərəyə qoyulur.

Leninin cəsədini görün necə çimizdirirlər: /VİDEO - xeberler

Leninin üzü və bədəninin digər hissələrini orijinal formasına yaxın saxlamaq üçün xüsusi yağlardan istifadə olunur. Mütəxəssislər uzun illərdir davam edən proseslər nəticəsində mumiyanın cəmi 23 faizində bioloji qalıqların olduğunu bildiriblər. Leninin mumiyasının əksəriyyətinin süni materiallardan hazırlandığı düşünülür.

Qeyd edək ki, mumiyanın bütövlüyünü qorumaq üçün məsuliyyət daşıyan komanda təkcə Leninin cəsədinə nəzarət etmir.  Eyni komanda Vyetnam kommunistlərinin lideri Ho Şi Min, Şimali Koreya liderləri Kim İr Sen və Kim Çen İrin cəsədlərini qoruyub saxlamaq üçün də çalışır.

Mənbə – Sfera.az