“Google Pay”™ “Yelo Bank”da!

Müştərilərilərinə hər zaman innovativ həllər təklif edən “Yelo Bank” “Google Pay”  təmassız ödəniş xidmətini istifadəyə verib. Artıq üzərinizdə nağd pul və ya kart daşımağa ehtiyac yoxdur. “Android” və “Wear OS” əməliyyat sistemləri əsasında işləyən elektron cihazlar (smartfon, ağıllı saat) vasitəsilə ödənişlərinizi çox rahat edə bilərsiniz. Bunun üçün sadəcə cihazı POS-terminala yaxınlaşdırmaq kifayətdir. “Google Pay” ilə ödənişlər market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları və təmassız ödəniş olan hər yerdə keçərlidir.

“Yelo Visa” kartarını “Google Pay”də aktivləşdirmək olduqca sadədir. Bunun üçün elektron cihazınıza “Google Wallet”™ tətbiqini yükləyib, təlimatlara əsasən “Yelo Visa” kartınızı əlavə etməyiniz kifayətdir. “Google Wallet” cüzdanında kart məlumatı cəmi bir dəfə daxil edilir.

Elektron cihazı kiliddən açmaq üçün üz tanıma, barmaq izi, şifrə kimi funksiyalar sayəsində “Google Pay” ilə ödənişlər sürətli olmaqla bərabər, təhlükəsizdir. Xüsusi tokenizasiya texnologiyası ilə ödəniş zamanı bank məlumatları smartfonda saxlanılmır və ya qarşı tərəfə ötürülmür.

Qeyd edək ki, “Google Wallet”dən istifadə üçün smartfonun təmassız ödəniş texnologiyasını (NFC) dəstəkləməsi və Android 6.0. və daha yuxarı yeniləmə olmağı kifayətdir.

“Yelo Visa” kartlarınızla “Google Pay” ödənişləri zamanı “Yelo cashback”lərlə bərabər, xüsusi endirim kampaniyaları və üstünlüklərdən faydalana bilərsiniz. “Google Pay” haqqında daha ətraflı məlumatı https://pay.google.com səhifəsinə keçərək öyrənə bilərsiniz.

Bank xidmətləri, o cümlədən, o cümlədən kart sifarişi haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

“Yelo Bank” – Parlaq bankçılıq!