“Neolit”in sahibi tikdirdiyi yeni restoranın pulunu niyə tam ödəmir? – VİDEO

Bakının tanınmış restoranlarından olan “Neolit”də yeni zal inşa edən sahibkarlar, Rəfael Əliyev və Orxan Atayev gördükləri işin müqabilində olan maddi vəsaiti həmin məkanın sahibi Yaşar Məlikovdan ala bilmədiklərini bildiriblər.

Pravda.az-ın xəbərinə görə, iş adamları iddia edir ki, bütün instansiyalara müraciət etsələr də, onların dərdinə əlac tapılmır. İş icraçıları saytımıza verdikləri müsahibədə çox acınacaqlı vəziyyətdə olduqlarını bildiriblər və son ümid yeri olaraq ölkə rəhbərliyindən imdad diləyiblər.

image-rafael_shikayetci-neolit

Səslənən ittihamlarla bağlı görülən işin sifarişçisi olan Yaşar Məlikovla əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Onun Tural adlı mühafizəçisi bizə bildirdi ki, Yaşar müəllim ölkədə deyil, hazırda xarici dövlətlərdən birində müalicə alır. Sonakı zənglərimizə cavab verən Yaşar Məlikovun Rəfael adlı qohumu isə bütün bu məsələlərlə bağlı danışmaq səlahiyyətinin vəkil Fikrət Səfərova verildiyini bildirdi.

image-yashar-melikov-neolit

Azinforum. az həmin vəkillə də əlaqə saxlayıb. Fikrət Səfərov öz növbəsində hüquqlarını müdafiə etdiyi Yaşar Məlikovun sahibkarlara heç bir borcunun olmadığını bildirib.

Bütün tərəflərin mövqeyini əks etdirən videoreportajı təqdim edirik: