İqtisadiyyat Nazirliyi yanında Dövlət Verg Xidməti “Marja İnvest” MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alıb.
İndex.az bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, yeni BOKT-un hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, ev 16, mənzil 55, nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun – 300 min manat, qanuni təmsilçisi isə Aysel Qüdrət qızı Quliyevadır.