Bakı əhalisi ərzaq alışına 8,5 milyard xərcləyib

Bu ilin yanvar-iyul aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 5,7 % artaraq 15 milyard 247,2 milyon manat olub.

İndex.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,6 % artaraq 8 milyard 532,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 1 % azalaraq 6 milyard 714,6 milyon manata bərabər olub.

İstehlak məhsullarının 36,3 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 46,7 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 17 %-i isə paytaxtın məhsul bazarlarında realizə olunub.