“Meqa Sığorta” bir ildə 2 milyon manata yaxın pul itirib

“Meqa Sığorta” ASC-nin 2022-ci ilin iyul ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

İndex.az xəbər verir ki, bu il şirkətin yığımlarında azalma tendensiyası davam edib.

Şirkət iyul ayında 13.133 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 1.649 mln. manat və ya 11% azalma deməkdir.

İyulda şirkət tərəfindən ümumilikdə 3.468 mln. manatlıq sığorta ödənişi edilib. İllik müqayisədə ödənişlər 723 min manat və ya 26% çox olub.