“Azəriqaz” noyabradək payız-qış mövsümünə dair təmir planını tam icra edəcək

SOCAR “Azəriqaz” İstehsalat Birliyi bu il noyabrın 1-nə qədər payız-qız mövsümünə hazırlıq çərçivəsində nəzərdə tutulmuş təmir planını tam icra etməyi planlaşdırır.

İndex.az xəbər verir ki, bunu “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

Onun sözlərinə görə, təmir planı 70% icra olunub.

Bundan başqa, R.Əliyev qeyd edib ki, bu ay 2023-cü il üçün qazlaşma planı təsdiq olunacaq.