Avropada təbii qazın qiyməti 2300 dollardan da aşağı düşdü

Avropada təbii qazın qiyməti 1000 kubmetr üçün 2300 ABŞ dollarından aşağı düşüb.

İndex.az bu barədə Londonun “ICE Futures” birjasına istinadən xəbər verir.

Avropanın ən likvid habı olan TTF-də (Niderland) “mavi yanacağ”ın oktyabr fyuçerslərinin qiyməti 6 % ucuzlaşaraq 1000 kubmetr üçün 2279 dollar təşkil edib.