Avqustda xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

Avqust ayında 130 minə yaxın şəxs xüsusi şərtlərlə əmək pensiyası alıb.

İndex.az bu barədə Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir.

Fonddan Banker.az-a verilən məlumata əsasən, avqust ayında xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 129 min 627 nəfər olub.

Onların 100 min 827 nəfəri yaşa, 14 min 535 nəfəri əlilliyə, 14 min 265 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır.