Qaraçuxurda içməli su küçəyə axıdılır – VİDEO

Paytaxtın Suraxanı rayonunda içməli su küçəyə axıdılır.

İndex.az xəbər verir ki, bu barədə Oxu.Az-a daxil olan vətəndaş şikayətində qeyd edilib. Belə ki, söhbət Qaraçuxur qəsəbəsi, Tərlan Şirinov küçəsindən gedir. Sakinlər şikayət edir ki, günlərdir içməli su küçəyə axıdılır. Ərazi üzrə Su Kanal idarəsinin isə məsələ ilə maraqlanmadığı iddia edilir.

Mövzu ilə bağlı “Azərsu” ASC-yə müraciət ünvanladıq. Qurumun mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən əraziyə texnika və təmir briqadası cəlb olunub:

“Hazirda ərazidə iş gedir. Qısa müddətdə problem aradan qaldırılacaq”.