Bank Respublika ASC
Universal mütəxəssi proqramı
Son tarix 16 sen 2022 – [email protected]
Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü gəncləri, istedadlı və motivasiyalı universiteti yeni bitirmiş məzunları “Universal mütəxəssis” proqramına qoşularaq gələcək karyeralarına bizimlə davam etməyə çağırırıq.
“Universal mütəxəssis” kimdir?
“Universal mütəxəssis” Fiziki şəxslərlə bağlı bütün növ bank əməliyyatlarını apara bilən, həmçinin onların istehlak kreditlərinin bütün istiqamətləri üzrə ehtiyaclarını qarşılamaq bacarığı və biliyi olan mütəxəssisdir.
“Universal mütəxəssis” qroqramına necə qoşulmaq lazımdır?
- CV-nizi 15.09.2022-ci il tarixinədək müraciət et bölməsində qeyd olunan e-mail ünvanına göndərmək;
- Emailın mövzu hissəsində vakansiyanın adını Universal mütəxəssis qeyd etmək.
Sizə nə vəd edirik?
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək önə çıxa biləcəyiniz şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera başlanğıcı üçün zəruri hesab olunan fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Bank sektorunda karyera qurmaq təşəbbüslərinizi gerçəkləşdirmək imkanı;
- “Bank Respublika” ASC-nin peşəkar komandasının bir üzvü olmaq şansı.
Peşəkar komandamıza qoşulmaq üçün nələr lazımdır?
- Ali təhsil (maliyyə, iqtisadiyyat və idarəetmə istiqamətləri üzrə təhsil arzuolunandır);
- Universiteti yeni bitirmiş məzunlara üstünlük verilir;
- Azərbaycan dili (əla), Rus dili (əla), İngilis dili (arzuolunandır);
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə və satış bacarığı;
- Gülərüzlülük, səliqəlilik və xoş görkəm;
- Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.
Artıq 30 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Öz bilik və bacarıqlarımızı sizinlə bölüşmək arzusu ilə..