“OBA Market”in dövlətə vergi borcu var

“Oba Market” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

İndex.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasına istinadən xəbər verir.

Məlumata əsasən, “Oba Market” MMC-nin vergi borcu 81397 manatdır.

Xatırladaq ki, “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC yeni market konsepsiyası ilə 11 mart 2016-cı il tarixindən Azərbaycanda pərakəndə satış bazarına daxil olub.