Dövlət Turizm Agentliyinə məxsus “Şahdağ Turizm Mərkəzi” QSC-nin İdarə Heyətinə sədr təyin edib.
İndex.az xəbər verir ki, bu, Rüstəm Nəcəfovdur.
O, dövlət şirkətinin rəhbərliyində sədr müavini, sədr vəzifəsini müvəqqəti icra edən Kamran Kazımovu əvəz edib.
Xatırladaq ki, “Şahdağ Turizm Mərkəzi” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 546,776 milyon manatdır. Şahdağ milli parkının yaxınlığında salınmış kompleks Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur.