Bu ilin iyul ayında Azərbaycan 14,4 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.
İndex.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın avqust sayında bildirilir.
Sənədə əsasən, bu, 2021-ci ilin iyul ayı ilə müqayisədə 5,4 milyon ABŞ dolları və ya 60% çoxdur.
2022-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycan 93,7 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib ki, bu da 2021-ci ilin 7 aylıq göstəriciləri ilə müqayisədə 23,2 milyon ABŞ dolları və ya 19,8% azdır.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanın ümumi ixracı 22,6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 1,7 milyard ABŞ dolları təşkil edib.