Avropada qazın qiyməti yenidən 2900 dollara yaxınlaşıb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 900 ABŞ dollarına yaxınlaşıb.

İndex.az xəbər verir ki, 31 avqust tarixində oktyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 2 883,1 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (2 743,5 dollar) ilə müqayisədə 5% çoxdur.

Qeyd edək ki, qiymət artımı “Şimal axını” qaz kəməri ilə tədarükün tam dayandırılmasından sonra başlayıb.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.