Sumqayıt Tibb Mərkəzi “Sunset” istirahət mərkəzindəki partlayış zamanı xəsarət alanlarla bağlı məlumat yayıb.
İndex.az xəbər verir ki, məlumatda deyilir:
Çağırışla əlaqədar hadisə yerinə 2 briqada cəlb olunub və məlum olub ki, Corat-Novxanı yolunda, Sahil küçəsində fəaliyyət göstərən “Sunset” istirahət mərkəzində suqızdırıcının (kombi) partlaması nəticəsində 3 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.
Xəsarət alan 1972, 1969-cu il təvəllüdlü ikisi qadın və 1963-cü il təvəllüdlü biri kişi olmaqla Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Vəziyyətləri ağır olan hər 3 şəxs təcili tibbi yardım avtomobili ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə yola salınıb”.