Smart saatlarla “WhatsApp”a zəng etmək mümkün olacaq

“WhatsApp”ın tərtibatçıları tətbiqin funksiyasını genişləndirməkdə davam edirlər.

Artıq populyar mesenceri bir sıra “ağıllı” saatlar da dəstəkləyir.

“WhatsApp”ın yeniləmiş beta versiyası “Wear OS 3” və “Galaxy Watch 5” cihazları ilə zəngləri dəstəkləyir.

Yeniliyin tezliklə tətbiqin stabil versiyasında görünəcəyi, eləcə də dəstəklənən cihazların siyahısının genişlənəcəyi gözlənilir.