“Veysəloğlu” Şirkətlər Qrupuna işçi lazımdır

Veysəloğlu Şirkətlər Qrupu

Kreditorlar üzrə mühasib

Son tarix 30 sen 2022 – [email protected]

Vəzifə və öhdəliklər:

  • Avans ödənişlər üzrə mərkəzə hesabat verilməsi;
  • Alış fakturasının icra edilməsi;
  • İdxalların icrası;
  • Kreditorlar ilə qarşılıqlı hesablaşmanın aparılması;
  • İxrac xərclərinin işlənilməsi;
  • Gömrük təhtəl hesabının yoxlanılması;
  • İxrac təhtəl hesabının yoxlanılması;
  • İxrac və idxalların avans ödənişləri üçün pin kodların sistemdə beyan edilməsi;
  • Export Pin kodlarının avans ödənişinə əsasən Bankda təyin edilməsi;
  • Ödəniş sənədlərinin hazırlanması;
  • İdxal üzrə avans ödənişlərin, ixrac üzrə mədaxil məbləğlərinin mərkəzi bankda bəyan edilməsi;
  • Şirkətin daxili siyasət və prosedurların tələblərinə uyğun təchizatçılarla vaxt-aşırı kreditor borcların üzləşdirilməsini təmin etmək və müvafiq aktlarla rəsmiləşdirmək
  • Silindir uçotunun aparılması

Tələblər:

  • Ali təhsilli
  • Ən azı bu sahədə 3 il təcrübəsi olmalı
  • Analitik düşüncəyə malik olmalı
  • Verilmiş tapşırıqları vaxtında icra etmək bacarığına malik olmalı.

Əmək şəraiti:

  • İş yeri: Bakı şəhəri
  • İş rejimi: 5 günlük iş həftəsi
  • Yemək və servis təminatı
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 Sentyabr tarixinədək emailin mövzu hissəsində “Kreditorlar üzrə mühasib” qeyd edərək elektron ünvanına göndərə bilərlər. İş əqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.