“Atəşgah Sığorta” “Azərsu”yu məhkəməyə verdi

“Atəşgah” Sığorta Açıq Səhmdar Cəmiyyəti ölkənin yeganə su təchizatçısı barəsində Bakı Kommersiya Məhkəməsinə üz tutub.

İndex.az xəbər verir ki, “Atəşgah” Sığorta “Azərsu” Açıq Səhmdar Cəmiyyəti barəsində Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələrə görə müraciət edib.

Azərsu – Azərbaycanda su təchizatı sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən, mərkəzləşdirilmiş qaydada istehlakçıları içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən dövlət şirkətidir.

Mənbə – Banker