“Nokia” Rusiyanı tamamilə tərk edir

Finlandiyanın “Nokia” şirkəti Rusiyada fəaliyyətini tamamilə dayandırır.

İndex.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentlik bildirib ki, ilin sonuna qədər şirkətin Rusiyadakı əməkdaşlarının böyük əksəriyyəti “Nokia”dan ayrılacaq və bütün ofislər boşaldılacaq.

“Nokia”nın Rusiyadakı mövcudluğu şirkət rəsmi şəkildə ləğv olunana qədər davam edəcək.