
“Rabitəbank” ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.
İndex.az bu barədə Bankın yarım illik idarəetmə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, “Rabitəbank”ın səhmlərinin 27,04%-nə nəzarət edən Validə Abbasova payını 20,13%-ə endirib. Əvəzində digər səhmdarlar – Zakir Nuriyev payını 10,56%-dən 14,45%-ə, Seyran Nuriyev isə payını 11,48%-dən 14,51%-ə çatdırıb.
“Rabitəbank”ın səhmlərinin qalan hissəsi əvvəlki qaydada Rauf Əliyevə (40,6%), Dilarə Nuriyevaya (9,11%), Aslan Xasiyevə (1,07%) və 12 hüquqi şəxsə (0,14%) məxsusdur.
Səhmdarlardan R.Əliyev həm də “Rabitəbank”ın Müşahidə Şurasının üzvü və “Meqa Sığorta” ASC-nin 19%-lik səhmdarı, Z.Nuriyev Müşahidə Şurasının sədri, S.Nuriyev Bankın baş direktoru, A.Xasiyev isə Müşahidə Şurasının üzvüdür.
Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır.
Mənbə – Report