Türkiyə İstanbul və Çanaqqala boğazlarından keçid üçün müəyyənləşdirilmiş rüsumu 5 dəfə artırıb.
İndex.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti yazıb.
Bildirilib ki, hər tonaj üçün 4 dollar rüsum təyin olunub.
Məlumata görə, bu qərar cari ilin oktyabrın 7-də qüvvəyə minəcək. Beləliklə, illik mövcud 40 milyon dollar olan gəlir 200 milyon dollara qalxacaq.
Qeyd edək ki, 1936-cı ildə imzalanan Montrö Konvensiyasına əsasən, rəsmi Ankaranın İstanbul və Çanaqqala boğazlarından keçən gəmilərdən fənər, xilasetmə və sağlamlıq rüsumu tələb etmək haqqı var.