İstehlaka yararsız qida məhsulları məhv edilib

Azərbaycanda istehlaka yararsız qida məhsulları məhv edilib.

Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, “AZ FP CO LTD” MMC-nin müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş, 16 adda 4383.46 kq müxtəlif növ süd məhsullarının xammal və qatqıları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.