
“Azərsu” ASC işğaldan azad olunmuş ərazilərdə içməli su təminatının yaxşılaşdırılması məqsədilə təxirəsalınmaz işlərin görülməsi işlərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderin qalibini açıqlayıb.
İndex.az xəbər verir ki, 8 milyon 074.1 min manatlıq tenderin qalibi “Az Graft Construction” MMC-dir.
Artıq qalib şirkətlə müqavilə imzalanıb.
Qeyd edək ki, “Az Graft Construction” müqaviləyə görə, işləri 2025-ci ilin sonuna kimi yekunlaşdırmalıdır.