Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 42 ticarət müəssisəsi və 52 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 56 müəssisədə nöqsanlar müəyyən olunub.
Agentlikdən bildirilib ki, bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 47, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 32 nöqsan aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkarlıq subyektlərinin rəhbərləri inzibati məsuliyyətə cəlb olunublar.