Yaşayış evlərinin 1 kvm-nin tikintisi 429 manata başa gəlir

Azərbaycanda tikilən yaşayış evləri ilə bağlı göstəricilər açıqlanıb.

İndex.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ilk yarım ildə Azərbaycanda ümumi sahəsi 786 min 401 kvadratmetr olan 5 636 yaşayış evləri və mənzillər istifadəyə verilib. Onların inşası ümumilikdə 387 milyon 99 min manata başa gəlib.

Başqa sözlə, 1 kvadrametr yaşayış sahəsinin tikintisi orta hesabla 492 manata başa gəlib.

Açıqlanan məlumatlara görə, bir mənzilin orta sahəsi 139 kvadratmetrdir.

Dövlət tərəfindən inşa edilən mənzillərdə bu göstərici 90 kvadratmetr, əhali tərəfindən inşa ediləndə isə 143 kvadratmetr təşkil edir.

Mənbə – FED.az