
Sayıcı-hesablayıcı (Salyan ərazisi üzrə)
Son tarix 03 sen 2022 – cv@oba.com.az
Namizədə dair tələblər:
- Cins: Kişi
- Komputer bilikləri: MS Office
- Şəxsi avtomobil olması üstünlükdür
Vəzifə öhdəlikləri:
- Marketlərdə olan ticari malların terminallar vasitəsi ilə sayım işinin həyata keçirilməsi
İş qrafiki:
- Dəyişkən (axşam və gecə saatları)
- Şənbə və Bazar istirahət günü
Əlavə təminatlar:
- Nahar ödənişi edilir
- Yanacaq xərcləri qarşılanır (şəxsi avtomobil olduğu halda)
Qey: Namizəd ezamiyyətə hazır olmalıdır. Zəhmət olmasa, Salyan ərazisində yaşayan namizədlər müraciət etsin.
Əmək haqqı: 450-500 AZN
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Sayıcı – hesablayıcı” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
İR Əmək Haqqı üzrə Mütəxəssis
Son tarix 03 sen 2022 – cv@oba.com.az
Direktorluq: İnsan Resursları
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil (İqtisadiyyat və ya İnsan resursları sahəsində)
- Yaş: 23-30
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri
- MS Office proqramlarından istifadə etmək bacarığı
Vəzifə öhdəlikləri:
- Şirkət əməkdaşlarının aylıq əmək haqqının (məzuniyyət, xəstəlik vərəqəsi, əlavə iş saatı, mükafatlar) hesablanmasını və vaxtında ödənilməsini təmin etmək ;
- Struktur vahidlərinin əmək haqqı təlimatlarının hazırlanmasını təmin etmək
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü.
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Əlavə təminatlar:
- Nahar
- Korporativ nömrə
- Servis xidməti
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə ərazini və İR Əmək Haqqı üzrə Mütəxəssis yazaraq göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Təlim və İnkişaf üzrə Mütəxəssis
Son tarix 01 sen 2022 – cv@oba.com.az
Direktorluq: İnsan Resursları
Namizədə dair tələblər:
- Ali təhsil (İnsan Resurslarının İdarəolunması, Biznes İdarəçiliyi kimi sahələrdə ali təhsil arzu olunandır);
- İnsan resurslarının idarə olunması sahəsində ən az 1 il iş təcrübəsi;
- Microsoft Office (Word, Excel) proqramlarında sərbəst işləmə bacarığı;
- Analitik düşünmə və təqdimat bacarığı;
Vəzifə öhdəlikləri:
- Şirkətin təlim və inkişaf ehtiyacı analizinin təşkili və ehtiyaclara əsasən illik təlim planının tərtib ediməsi
- Təlim şirkətləri ilə əməkdaşlıq etməklə təlimlərin keçirilməsinin təşkil edilməsi
- Daxili təlimçilərin müəyyən edilməsi, qiymətləndirilməsi, davamlı inkişafı, daxili təlim materiallarının yoxlanması, təlimlərin effektivliyinin ölçülməsi
- Statistik məlumatların tərtib edilməsi
- İşə qəbul edilən yeni əməkdaşlar üçün orientasiya planının hazırlanması və uyğun olaraq təlimlərin təşkil edilməsi
- İşçilərin səriştə və bacarıqlarının qiymətləndirilərək onlar üçün inkişaf planının hazırlanması və davamçı yetişdirmə proqramlarının həyata keçirilməsi
Əlavə təminatlar:
- Nahar xidməti;
- Servis xidməti;
- Korporativ nömrə ilə təmin edilmə;
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00;
- Şənbə və Bazar istirahət günü
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Təlim və inkişaf üzrə mütəxəssis ” yazaraq göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Əməliyyatlara Nəzarət üzrə Aparıcı Mütəxəssis
Son tarix 29 avq 2022 – cv@oba.com.az
Departament: Daxili Nəzarət
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil (maliyyə, iqtisadiyyat)
- Kompüter bilikləri: MS Office, 1C
- Dil bilikləri: Rus dili və ingilis dili
- Yaş: 25-35;
- İş təcrübəsi: müvafiq sahədə (audit və.s) minimum 1 il
Vəzifə öhdəlikləri:
- Qanunvericiliyin, normativ aktların, təlimatların, daxili sənədlərin, peşə etikası standartlarının tələblərinin pozulması faktlarının tədqiq edilməsi, uyğunsuzluqların və yaxud saxtakarlıq əlamətlərinin aşkara çıxarılması;
- Daxili və xarici bütün satınalma, təchizat prosesləri üzrə sənədli yoxlamanın təşkili, digər alternativ tədarükçülərin analoji mallar üzrə bazar satış qiymətlərinin araşdırılması və müqayisəli təhlillərin aparılması;
- Xidmət göstərən kənar təşkilatlar üzrə bütün proseslərə dair yoxlamanın təşkili və digər analoji xidmətlərlə müqayisəli təhlillərin edilməsi;
- Cəmiyyət üzrə bütün təsərrüfat və digər xərclərinin analizi, səmərəliliyi və uyğunluğunun yoxlanması;
- Yoxlamaları keyfiyyətli həyata keçirmək və aparılmış yoxlamaların nətəcələrinə, aşkar edilmiş yeni risklər, nöqsan və çatışmazlıqlara dair hesabatın və uyğun tədbirlər planının hazırlanması, rəhbərliyə təqdim edilməsi.
Əlavə təminatlar:
- Nahar
- Korporativ nömrə
- Servis xidməti
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü
Əmək haqqı: Müsahibə əsasında müəyyənləşdiriləcək
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Əməliyyatlara Nəzarət üzrə Aparıcı Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.