2 yaşlı uşağın möcüzəvi şəkildə qurtuluşu kameraya düşüb

Hadisə günorta saatlarında Türkiyədə, Kapucubaşı məhəlləsində Tataroğlu küçəsində baş verib.

İndex.az xəbər verir ki, Suriya vətəndaşı Muhammed Nur El Muhammed naməlum səbəbdən müvazinətini itirərək üçmərtəbəli yaşayış binasının ikinci mərtəbəsindəki evinin pəncərəsindən zibil qabına düşüb.

Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib. Yaralı uşaq xəstəxanaya aparılıb. Məhəmmədin sağ qolunda sınıq olduğu öyrənilib.

Digər tərəfdən kiçik uşağın evin pəncərəsindən yıxıldığı an təhlükəsizlik kamerasına düşüb. Kadrlarda uşağın zibil qutusuna düşməsi və zibil qutusunun içindəki pişiyin təşviş içində çölə çıxması anları əks olunub.