“Bank of Baku”ya işçi axtarılır

Bank of Baku

Xəzinədarlıq departamentinin eksperti/kiçik eksperti

Son tarix 18 avq 2022 – [email protected]

Əsas vəzifə və öhdəliklər:

  • Müxbir hesabların, eləcə də maliyyə qurumlarının ssuda və depozit hesablarının açılması, aparılması, bağlanması və bununla əlaqədar sənəd və məlumat mübadiləsi
  • Nostro hesablar üzrə qalıqların təsdiqi üçün müvafiq banklarla yazışmaların aparılması,
  • Loro hesablar üzrə daxil olmuş sorğuya əsasən qalıqların təsdiqi və tələb olunan yerə göndərilməsi
  • Gün ərzində Nostro hesablar üzrə aparılmış əməliyyatların yoxlanılması və banklardan daxil olmuş çıxarışlarla müqayisə olunması
  • Müxbir hesablar üzrə müvafiq gəlir və xərclərin ödənilməsi (və yaxud tutulması), bu əməliyyatlar üzrə qeyri-dəqiqliyə yol verildikdə səhvlərin araşdırılması və aradan qaldırılması
  • Gün ərzində Loro hesablar üzrə əməliyyatların yoxlanılması və aparılmış əməliyyatlar üzrə SWIFT vasitəsilə çıxarışların göndərilməsi
  • Qeyri-rezident banklardan nağd vəsaitin gətirilməsi prosesinin təşkili və həyata keçirilməsi

Tələblər:

  • İş təcrübəsi (il): mütləq tələb deyil (olması üstünlükdür)
  • Təhsil: ali texniki, iqtisadi, maliyyə, hüquq və uyğun digər ixtisas
  • Dil biliyi (dil/dərəcə): Azərbaycan, Rus və Ingilis dilləri – əla
  • Kompüter biliyi: MS Office
  • Hesabatlılıq və təqdimat bacarığı
  • Punktuallıq

İş yeri: Bank of Baku ASC, Baş Ofis

İş vaxtı: B.e.-Cümə, saat 9.00 saat 18.00-dək

Müraciət qaydası:

Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə onlayn www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform CV formamızı doldura və ya CV-ləri  subject bölməsində Xəzinədarlıq qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.