Lənkəran şəhər icra başçısının müavini Rasilə Arifqızı vəzifəsindən azad edilib.
İndex.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya İcra Hakimiyyətindən məlumat verilib. Qeyd edilib ki, icra başçısı Taleh Qaraşovun müvafiq əmri ilə R.Arifqızı tutduğu vəzifədən uzaqlaşdırılıb.
Qeyd edək ki, bir neçə gündür Lənkəranın icra başçısının müavini Rasilə Arifqızı və Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova tərəfindən 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi ilə bağlı məlumat yayılıb.
Araşdırmalardan sonra fakt təsdiqini tapıb. Baş Prokurorluğun bu gün yaydığı açıqlamada həm Rasilə Arifqızı, həm də Yeganə Əskərova barəsində işlədikləri qurumlara müvafiq təqdimatlar göndərildiyi qeyd edilib.