Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,4 faiz artaraq 4189,6 milyon manat olub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 3132,6 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 74,8 faizini təşkil edib.