Dövlət Vergi Xidməti və Gömrük Komitəsi birləşdirilir, rəhbər bu şəxs olacaq – EKSKLÜZİV

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi birləşdirilir.

Üç mənbə bu məlumatı İndex.az-a təsdiqləyib.

İki qurumun birləşməsindən yaranacaq yeni qurum İqtisadiyyat Nazirliyinin tabeliyində deyil, ayrıca qurum (nazirlik və ya komitə) kimi fəaliyyət göstərəcək.

Mənbə bildirib ki, yeni yaranacaq qurumun rəhbərliyinə hal-hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi olan Mətin Eynullayev gətiriləcək.

Qeyd edək ki, M. Eynullayev 6 may 2021-ci ildən Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi vəzifəsini icra edir.

Daha əvvəllər Təhsil Nazirliyinin Aparat rəhbəri, (2013–2017) təhsil nazirinin müavini, (2017–2018) 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri (27 dekabr 2018) vergilər nazirinin müavini (2018–2020) İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini və Xidmətin rəisi səlahiyyətlərinin icraçısı (13 may, 2020-ci il tarixindən) Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri (19 avqust, 2020-ci ildən) vəzifələrini icra edib.

Ailəlidir. 2 övladı var.