Bu ilin yanvar-iyun aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 32 959,7 milyon manat təşkil edib.
İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,9% çoxdur.
Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 19,4% artaraq 3 280 manata çatıb.