Avqustun 3-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Dəmir Bank” ASC-nin daşınmaz əmlakının satışı üzrə növbəti açıq hərrac keçiriləcək.
İndex.az xəbər verir ki, bu barədə bankın ləğvedicisi – Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Məlumata görə, söhbət Quba rayonunun Zərdabi qəsəbəsindəki 0,13 hektar torpaq sahəsində yerləşən 1 221,4 kv.m-lik qeyri-yaşayış sahəsindən gedir. Əmlaka 170 min manat qiymət qoyulub.