Qaz ixracından gəlirlərimiz 5 dəfəyə yaxın artıb

2022-ci ilin 1-ci yarısında (yanvar-iyun dövründə) Azərbaycanın 18 milyard 479 milyon dollarlıq ixracın 17 milyard 22 milyon dolları və ya 92,11%-i neft-qaz sektoruna daxil olan mallar üzrə olub. 

İndex.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, cari ilin ilk 6 ayında 9 milyard 361 milyon 250 min dollarlıq xam neft, 7 milyard 440 milyon 434 min dollarlıq təbii qaz ixrac edilib. Ötən ilin eyni dövründə 5 milyard 743 milyon 625 min dollarlıq xam neft, 1 milyard 585 milyon 636 min dollarlıq təbii qaz ixrac edilmişdi. Beləliklə, gəlirlər xam neft ixracından 25,8%, təbii qaz ixracından isə 4,7 dəfə artıb.