Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında ABAD (“Ailə Biznesinizə Asan Dəstək”) publik hüquqi şəxsi ilə əməkdaşlıq çərçivəsində 3 ABADçıya 110 milyon manat güzəştli kredit verib.
İndex.az bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, maliyyələşdirilmiş layihələr bağçılıq, arıçılıq və heyvandarlığın inkişafına xidmət edir.