Rusiya Mərkəzi Bankının valyuta ehtiyatları 14 milyard dollar azaldı

Rusiya Mərkəzi Bankının xarici valyuta ehtiyatları həftə ərzində 14.1 milyard ABŞ dolları əriyib.

İndex.az bu barədə Rusiya Bankının açıqlamasına istinadən xəbər verir.

Həftə ərzində mərkəzi bankın valyuta ehtiyatları 2.4% azalaraq 572.7 ABŞ dolları təşkil edib. Bu azalma isə 2021-ci ilin martın sonundan bu tərəfə ikinci ən çox həftəlik azalmadır.