“Azəriqaz”: “Hər bir sakinin müraciəti birliyin baş direktoruna çatdırılacaq”

“Hər bir sakinin müraciəti qeydə alınaraq “Azəriqaz” İstehsalat Birliyinin baş direktoruna çatdırılacaq.”

İndex.az “Azəriqaz” İstehsalat Buirliyinə istinadən xəbər verir ki, bu sözləri Xəzər rayonu, Mərdəkan qəsəbəsində qurulan “Açıq mikrofon” aksiyasında Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev bildirib.

Görüşdə Mərdəkan və Şüvəlan qəsəbələrindən olan sakinlər öz təklif və problemlərini dilə gətiriblər. Müraciətlər qaz sayğacının quraşdırılması, bəzi hallarda qazın təzyiqinin aşağı olması və fərdi qazlaşma ilə bağlı olub.  Sonda səmərəli tədbirə görə Birliyin rəhbərliyinə minnətdarlıqlarını bildirən vətəndaşlar belə aksiyaların davamlı olacağına ümid etdiklərini qeyd ediblər.