Alman avtomobil şirkəti olan “BMW” oturacaqların qızdırılması funksiyasını ödənişli edib. Bildirilir ki, illik abunənin qiyməti $180, üçillik abunənin qiyməti isə $300 dollar təşkil edir.
Index.az bu barədə “Tjournal”a istinadən xəbər verir.
Xatırladaq ki, şirkət oturacaqların qızdırılması funksiyasını bir sıra ölkələrdə ödənişli edib, o cümlədən Almaniya, Böyük Britaniya, Yeni Zelandiya və Cənubi Afrika sakinləri bu xidmətdən istifadə edə bilərlər.
Abunə bu qayda ilə işləyir: “BMW” oturacaqların funksionallığına əlavə proqram quraşdırıb, onu silmək üçün müştərilərdən müəyyən edilmiş məbləği ödəmək tələb olunur.