Avtomobil bazarında da qiymət dəyişiklikləri müşahidə olunub.
İndex.az xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.
Mərkəz tərəfindən aparılan monitorinqə əsasən, 20 min manatadək olan avtomobillərin qiyməti 4 faiz yüksəlib.
Aİ-95 markalı benzindən istifadə edən və daha bahalı avtomobillərə tələbin azalması müşahidə olunub. Həmin növ avtomobillərin qiymətində dəyişiklik qeydə alınmayıb.
Mənbə – Trend