Bu ilin yanvar-iyun ayları ərzində “Azəriqaz” İstehsalat Birliyinin satdığı təbii qaza görə ödəniş səviyyəsi 104,52% olub.
İndex.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.
Onun sözlərinə görə, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 17,76% çoxdur: “Ödəniş səviyyəsi əhali sektoru üzrə 103,01%, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4% azdır.
Qeyri-əhali sektoru üzrə 105,42% olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 33,34 % çoxdur”.