“Azersun Holdinq”ə işçi tələb olunur

Vakansiya:  Büdcə Planlama üzrə Mütəxəssis (Al Marketlər)

Ümumi Məlumatlar:

  • Maliyyə/muhasibatlıq təhsili olmalı;
  • MUBS təcrübəsi/bilməsi arzu olunandır;
  • Mövcud sahədə ən azı 3 illik təcrübəyə malik olmalıdır;
  • ERP təcrübəsi SAP arzu olunandır;
  • BPC proqramında işləmək təcrübəsi üstünlükdür.

İş haqqında:

  • Gündəlik satış fəaliyyət hesabatlarının Power BI sistemində yenilənməsini təmin etmək;
  • Aylıq büdcə gerçəkləşmə hesabatlarının hazırlanıb müvafiq şöbələrə yönləndirilməsi;
  • Hesabatların hazırlana bilməsi üçün BPC proqramında mağazalara əlaqəli məlumatların daxil edilməsi;
  • Büdcə rəqəmlərinin daxil edilə bilməsi üçün giriş ekranlarının yoxlanılması və test edilməsi;
  • BPC proqramına büdcə rəqmələrinin girilməsi üçün müəssisə xərc mərkəzləri, hesablar və digər ölçmə meyarlarının (ölçülərinin) proqrama əlavə edilməsi və hazır hala gətirilməsi;
  • BPC proqramına büdcə məlumatlarının daxil edilməsi və ya büdcə sahiblərinə məlumatların daxil edilməsində köməklik göstərmək;
  • Hesabatların hazırlanması zamanı baş verən xətalar və ya uyğunsuzluğun aradan qaldırılması üçün əlaqəli şöbələr və ya xidmət göstərən təşkilatlarla əlaqə yaratmaq, nasazlığı, problemi bildirmək və aradan qaldırıldıqdan sonra test etmək;
  • Rəhbərliyin tapşırıqlarına və büdcə şöbəsinə tapşırılmış işlərdə iştirak etmək köməklik göstərmək.

İş şərtləri: İş qrafiki: həftə içi 5 gün

Ərazi: Bakı ş.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “Al Marketlər – Büdcə Planlama üzrə Mütəxəssis” qeyd etməyiniz xahiş olunur.