Mənzili kirayə verərkən nə qədər vergi ödənilməlidir?

Hal-hazırda ölkəmizdə, əsasən paytaxt Bakıda xeyli sayda kirayədə yaşayan insan var.

Vətəndaşlar mənzillərini kirayə verərkən dövlətə neçə faiz vergi ödəməlidir?

Ümumiyyətlə bu vergi ödənilirmi?

Suallarımızı Vəkil Babək Həziyev cavablandırdı.

B.Həziyev İndex.az-a bildirdi ki, ev kirayə verilərkən dövlətə 14 faiz gəlir vergisi ödənilməlidir:

“Təəssüf ki, bir çoxları dövlətə ödəniləcək gəlir vergisindən yayınmaq üçün çalışırlar ki, müqaviləni rəsmi qaydada qeydə almasınlar. Hazırda notarial qaydada müqavilə bağlanılmır. Müqavilə maklerlər vasitəsi ilə bağlanılır və icarə istifadə hüququ yaradır. İstifadə hüququna gəldikdə, qanunvericiliyə əsasən 11 aydan artıq müddətə bağlanmış müqavilə dövlət qeydiyyatına alınmalıdır. Bununla yanaşı, Əmlak Məsələləri Dövlət Xidmətindən istifadə hüququna dair çıxarış alınmalıdır. Bunlara isə əməl olunmur.”