“Bakı Qida və Yağ Fabriki” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
İndex.az xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.
Protokol Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilib.
İXM-in 485.2-ci maddasinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Qeyd edək ki, “Bakı Qida və Yağ Fabriki” “Azərsun Holdinq” şirkətlər qrupuna daxildir, nizamnamə kapitalı 5 911 159 manatdır və qanuni təmsilçisi Şahəddin İbrahimovdur.