“PASHA Bank” işçilər axtarır – VAKANSİYALAR

PASHA Bank

İT və Kiber Risklər üzrə Baş Mütəxəssis

Son tarix 02 avq 2022 – [email protected]

İşiniz nədən ibarətdir?

  • İT risklərinin müəyyən edilməsi, ölçülməsi və izlənilməsi üçün proseslərin hazırlanması;
  • İT risklərinin idarəedilməsi və analizi;
  • İT risk proseslərini təkmilləşdirmək üçün İT risk strategiyasının formalaşdırılmasına kömək edən layihə və fəaliyyətlərdə iştirak;
  • Uğurlu İT risklərinin müəyyənləşdirilməsinə və idarə olunmasına nail olmaq üçün alət və prosedurlar yaradacaq İT riskləri, məqsəd və siyasətləri nəzərə alaraq Müəssisə Riski strategiyalarının hazırlanması və yenilənməsi;
  • İT risklərinin idarəedilməsini dəstəkləmək üçün effektiv iş əlaqələrinin qurulması və inkişaf etdirilməsi;
  • İT risklərinə nəzarət, sahiblik və hesabatlılığı təşviq etmək üçün təlimat və təlimlərin təmin edilməsi;
  • Təşkilatın İT risklərinin idarəedilməsinin monitorinqi;
  • Bankda risk mədəniyyətinin artırılması üçün İT risk təlimlərinin keçirilməsi üzrə materialların hazırlanması;
  • Risk koordinatorlarının müəyyənləşdirilməsinin əlaqələndirilməsi;
  • Risk koordinatorları üçün İT riskləri haqqında məlumatlığın artırılması;
  • İT və kiber risk qrupunun strateji layihələri üzrə işlərin əlaqələndirilməsi;
  • İT riskləri ilə bağlı KRI üzrə məlumatların toplanması və əlaqələndirilməsi;
  • İT və Kiber risk qrupu tərəfindən təqdim olunan hesabatların təkmilləşdirilməsi.

Sizdən nə tələb olunur?

  • Təhsil: Kompüter və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
  • İş təcrübəsi: Audit, Daxili Nəzarət, Risk və ya müvafiq sahədə minimum 3 il
  • Xarici dillər: İngilis dili
  • Lizensiya/Sertifikat: CRISC, CGEIT
  • Məhsul üzrə biliklər: Bank məhsulları və əməliyyatları haqqında biliklərin olması
  • Digər: Analitik düşüncə və komandada iş bacarığı

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “İT və Kiber Risklər üzrə Baş Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur.

 

PASHA Bank

Digital Fraud Junior Specialist

Son tarix 01 avq 2022 – [email protected]

İşiniz nədən ibarətdir?

  • Frod monitorinqinin aparılması;
  • Frod ssenarilərinin effektivliyinə nəzarət edilməsi və effektivliyin artırılması üçün təkliflərin təqdim edilməsi;
  • Frod insidentlərin və əlaqəli şikayətlərin idarəedilməsi;
  • Frod əleyhinə nəzarətlərin və brend zədəsinin mühafizəsi nəzarətlərinin təmin edilməsi üçün monitorinq və yeni e-ticarətçilərin qəbul edilməsi;
  • İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib lazımi addımların atılması;
  • Müştərilərin şübhəli əməliyyatlarının və aktivliyinin müəyyən edilməsi ilə bağlı zənglərin edilməsi;
  • Mümkün və ya baş vermiş fırıldaqçılıq hadisələrinin vaxtında qarşısını almaq üçün lazımi məhdudlaşdırma tədbirlərinin icrası;
  • İş prosesinin daxili təlimatda öz əksini tapan SLA çərçivəsində, bloklama mexanizmləri və ya qara siyahılar/ağ siyahılar vasitəsilə idarəedilməsi;
  • Rəhbər tərəfindən verilən yazılı və şifahi tapşırıqların və vəzifələrin icrası.

   Sizdən nə tələb olunur?

  • Təhsil: İqtisadiyyat, İnformasiya texnologiyaları, Riyaziyyat və ya müvafiq sahədə Bakalavr təhsili
  • İş təcrübəsi: Bankçılıq və ya digər əlaqəli sahə üzrə minimum 1 il
  • Xarici dillər: İngilis (orta)
  • Kompüter bilikləri: Verilənlərin analizi alətləri (Excel, BI DWH), əsas bankçılıq sistemləri, kart tətbiqləri, kibertəhlükəsizlik sistemləri üzrə bilik, frodun idarəedilməsi sistemləri
  • Məhsul üzrə biliklər: Kart məhsulları, digər bank məhsulları, qlobal ödəniş təchizat məhsulları, xidmətləri və qaydaları

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda  “Rəqəmsal Frod Əməliyyatları üzrə Kiçik mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.