![ARDNF büdcə proqnozuna 73% əməl edib](https://index.az/wp-content/uploads/2022/07/bg-mobile.png)
Bu ilin I yarısında Dövlət Neft Fondu (ARDNF) dövlət büdcəsinə 4 648 milyon manat vəsait transfert edib.
İndex.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, proqnozdan 26,9%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1% azdır.
“Hesabat dövründə vergi və gömrük orqanlarının xətti ilə büdcə daxilolmalarında müşahidə olunan müsbət dinamika Fonddan büdcəyə nəzərdə tutulan transfertdən 1 712 milyon manat az istifadə olunmasına imkan verib”, – deyə nazirlik bəyan edib.