Pul bazamız 5% artıb

Bu gün Azərbaycanda pul bazası 15 milyard 652,8 milyon manat təşkil edib.

İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 5,2% çoxdur.

Pul bazası ilin əvvəlinə nisbətən 12,7% azalıb, son 1 ildə isə 13,4% artıb.