Gürcüstan iqtisadiyyatı 12% böyüyüb

Bu ilin may ayında Gürcüstanda istehsal edilmiş Ümumi Daxili Məhsulun (ÜDM) real dəyəri illik müqayisədə 11.6 % artıb.

İndex.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Hesabat ayında əhəmiyyətli artım nəqliyyat və anbar təsərrüfatı, elektrik, qaz, buxar və kondisioner təchizatı, mehmanxana və restoranlar, istehsal, tikinti, mədənçıxarma sənayesində qeydə alınıb.

Yanvar-may aylarında isə qonşu ölkədə iqtisadi artım 11.2 % təşkil edib.